Azərbaycanın yeni FİFA hakimi Ömər Paşayev UEFA-dan ilk təyinatını alıb.
Sportal.az xəbər verir ki, referi 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Belarus – San Marino oyununu idarə edəcək.
Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.
Qeyd edək ki, görüş iyunun 7-də Minsk şəhərində keçiriləcək.
saytlarin hazirlanmasi