Premyer Liqanın debütantı olan "Səbail" heyətini yeni futbolçularla gücləndirib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Neftçi"dən ayrılan Murad Ağayevi heyətinə cəlb edib. 24 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Ötən mövsümün əvvəlindən "Səbail"də çıxış edən Təyyar Məmmədov "Neftçi"dən 6 aylıq, qış fasiləsində komandaya qoşulan Orxan Qurbanlı isə 1 illik icarəyə götürülüb.
Ötən mövsümdən komandamızın sıralarında olan Eltun Yaqublu da daha bir il "aslanlar" klubunun şərəfini qoruyacaq.
saytlarin hazirlanmasi