Beynəlxalq dərəcəli hakimlərimiz 2017-18 mövsümünün ilk təyinatını alıblar.
Sportal.az xəbər verir ki, Ömər Paşayev və Rəhim Həsənov Avropa Liqasının I təsnifat mərhələsində oyun idarə edəcəklər.
Həsənov iyunun 29-da "Ventspils"lə "Valur" arasında Latviyada keçiriləcək ilk qarşılaşmada ədaləti qoruyacaq. Paşayev isə həmin gün Qazaxıstanda "Kayrat" - "Atlants" komandaları arasında baş tutacaq qarşılaşmada əsas söz sahibi olacaq.
Avropa Liqası, I təsnifat mərhələsi
29 iyun
“Kayrat” (Qazaxıstan) – “Atlants” (Litva)
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov
Dördüncü hakim: Əliyar Ağayev
“Ventspils” (Latviya) – “Valur” (İslandiya)
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Vaqif Musayev
Dördüncü hakim: Rauf Cabarov