“Zirə” Avropa Liqasının 1-ci təsnifat mərhələsinin oyunlarına hazırlıq çərçivəsində daha bir futbolçu ilə güclənib.
Sportal.az xəbər verir ki, rumıniyalı Qabriel Matey “qartallar”ın sıralarına qoşulub. Müdafiəçi ilə “1+1” il şərti ilə müqavilə imzalanıb.
Qabriel Matey ölkəsində “İnternasional”, “Panduri”, “Syaua”, “Akademika” və “Tarqu Mureş” kimi klublarda forma geyib. Son mövsüm isə müdafiəçi Polşanın “Qurnik” klubunda çıxış edib.
Matey həmçinin, Rumıniyanın U-21 milli komandasının da şərəfini qoruyub.
saytlarin hazirlanmasi