"Zirə"dən tarixi qələbə YENİLƏNİB

22:50 - 29 İyun 2017

Bu gün Avropa Liqasında 2017/18 mövsümü start götürüb.

 

Sportal.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edəcək “Zirə” də ilk oyununa çıxıb. Qəsəbə təmsilçisi Bakıda Lüksenburqun “Differdanj” klubunu qəbul edib. Bu, paytaxt təmsilçisi üçün tarixi bir oyun olub. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda avrokuboklarda debüt edib və 2:0 hesablı qələbə qazanıb.


29 iyun

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun
 

 

21:00. “Zirə” (Azərbaycan) – “Differdanj” (Lüksemburq) - 2:0

Qollar: Riçard Qadze, 22, Kervan Belfor, 80
Baş hakim: Daniyar Saxi
Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Alibek Aubakirov
Dördüncü hakim: Marat İskakov (hamısı Qazaxıstan)

Hakim-inspektor: İqor Satki (Moldova)

UEFA nümayəndəsi: Cenk Cem (Türkiyə)

Bakı. “Dalğa Arena”

Xəbər xətti