"Qəbələ"nin yeni transferi: "Reyncers" karyeram başa çatmayıb"

13:30 - 29 İyun 2017

"Qəbələ"yə keçməklə "Reyncers" karyeramın başa çatdığını düşünmək düzgün deyil. Bunu zaman göstərəcək".

 

Sportal.az xəbər verir ki, bu sözlər "Qəbələ"nin yeni transferi Endi Halliday deyib. Şotlandiyanın “Reyncers” klubuna məxsus olan futbolçu 2017/2018 mövsümünü icarə əsasında ölkəmizdə keçirəcək. O, ölkəsinin mətbuatına verdiyi açıqlamada "Qəbələ"də yaxşı çıxış etmək və yenidən Qlazqo təmsilçisinə qayıtmaq istədiyini deyib:

 

"Ümid edirəm ki, "Qəbələ"də yaxşı çıxış edəcəm və növbəti mövsüm üçün "Reyncers"in baş məşqçisinin planlarına daxil olacam. "Reyncers"in əsas heyət üzvünə çevrilmək üçün üzərimdə çox çalışmalıyam. Həvəsdən düşmək və təslim olmaq niyyətində deyiləm. Düzdü, ötən mövsüm istədiyim kimi oynaya bilmədim. Amma özümə güvənirəm və əvvəlki formamı bərpa edəcəyimə inanıram. Bilirəm ki, əvvəlki formamı brəpa edə bilsəm, yenidən "Reyncers"in baş məşqçisinə lazım olacam. Əgər hər şey məndən asılıdısa, deməli "Reyncers" karyeram başa çatmayıb".

 

Qeyd edək ki, Endi ötən mövsüm Şotlandiya çempionatında 32 oyun keçirib, 3 qol vurub. 

Xəbər xətti