"Qarabağ"ın müqavilə təklif etdiyi iddia edilən "Trapani"nin hücumçusu Nikola Çitronun yeni klubu hələ də müəyyənləşməyib.
Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu tezliklə qərarını verəcək. Lakin Çitronun Ağdam klubuna keçidi real görünmür. Forvard karyerasını İtaliyada davam etdirmək niyyətindədir. Nikola ilə B Seriyasına vəsiqə qazanan "Fodja" və "Parma" klubları daha yaxından maraqlanır. Çitronun isə "Fodja"ya keçidi daha real görünür.
Hücumçunun adı B Seriya təmsilçisi "Frozinone" ilə də birgə hallanır. Çitro "Trapani" ilə başa çatan müqaviləsini yeniləmək istəmir və yekun qərarını tezliklə verəcək.
Qeyd edək ki, İtaliya mətbuatı "Qarabağ"ın Nikola Çitroya 3 illik müqavilə və illik 300 min avroluq maaş təklif etdiyini yazmışdı.
saytlarin hazirlanmasi