"Zirə"nin futbolçusu inana bilmir: "Sürpriz nəticədir" MÜSAHİBƏ

17:16 - 30 İyun 2017

"Zirə"nin yarımmüdafiəçisi Milan Duriç Sportal.az saytına müsahibə verib.

 

- "Zirə" avrokuboklarda keçirdiyi ilk oyunda qalib gəldi. Oyun haqda nə söyləyə bilərsiniz?

- Bu oyuna çox ciddi və məsuliyyətli hazırlaşmışdıq. Qalib gəlməyi çox istəyirdik. Xoşbəxtəm ki, bunu bacardıq. Bu, tarixi qələbədir.

 

- Cavab oyunu haqda nə düşünürsüz?

- Məncə, cütün taleyi həll olunmayıb. Bizi çətin və vacib cavab oyunu gözləyir.

 

- "Zirə"nin Avropa Liqasında hədəfi nədir?

- Əlimizdən gələn hər şey edirik. Bacardığımız qədər irəli getmək istəyirik.

 

- Ölkənizin "Mladost" klubu Azərbaycan təmsilçisi "İnter"ə 0:3 hesabı ilə uduzdu. Bu nəticə barədə nə düşünürsünüz?

- Həqiqətən də mənim üçün sürpriz bir nəticə qeydə alındı. "Mladost"un çox yaxşı futbolçuları var. Hətta məndə serbiyalı jurnalist "İnter barədə soruşmuşdu və söyləmişdim ki, Bakı klubu yaxşı komandadır və uzun müddət birgə oynayırlar. Ancaq 0:3 hesablı nəticə mənim üçün real deyil.

Xəbər xətti