Premyer Liqasının debütantı “Səbail” klubunun düşərgəsinə yeni futbolçu cəlb olunub.
Sportal.az xəbər verir ki, ötən mövsümü “Qəbələ”də keçirən Murad Musayev "aslanlar"la müqavilə imzalaya bilər. 23 yaşlı müdafiəçi ötən gün "Binə" komandası ilə baş tutan yoxlama matçında (2:0) qol vurmağa da müvəffəq olub.
Musayevlə bağlı qərar yaxın günlərdə veriləcək.
Qeyd edək ki, "Səbail" bunadək Kamal Qurbanov, Eltun Yaqublu, Murad Ağayev, Aqşin Qurbanlı, Orxan Qurbanlı, Təyyar Məmmədov, Yamin Ağakərimzadə, Emin Mehdiyev, Raul Yaqubzadə, Aqşin Muxtaroğlu, Emin Cəfərquliyev, Vüqar Nadirov, Nurlan Novruzov və Elman Taqayev kimi futbolçuların keçidini həll edib.
saytlarin hazirlanmasi