"Sportinq" Budaq Nəsirovla bağlı qərar verdi

16:10 - 1 İyul 2017

Portuqaliyanın "Sportinq" klubu milli komandamızın üzvü Budaq Nəsirovla bağlı qərar verib.
 
Sportal.az xəbər verir ki, ötən ilin yayında Portuqaliyaya yollanan və 1+4 şərti ilə müqavilə imzalayan Nəsirov bu gün özünün "Sportinq" karyerasında yeni səhifə açıb. Gənc istedad Lissabon təmsilçisi ilə müqavilənin müddətini daha 1 il uzadıb.
 
Qeyd edək ki, Nəsirov ötən mövsüm "Sportinq"in B komandasında çıxış edib.
 
Image may contain: one or more people, people sitting and text

Xəbər xətti