Polşa millisinin üzvü "Qarabağ"la razılığa gəldi

20:10 - 1 İyul 2017

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" transfer axtarışlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu Polşanın "Legiya" klubunun kapitanı Yakub Rzejniçakı transfer hədəfinə alıb. Bu barədə Polşa mətbuatı xəbər yayıb. "Qarabağ" 30 yaşlı müdafiəçinin keçidi üçün Varşava klubuna təklif göndərib. İddiaya görə tərəflər razılığa gəliblər.

 

Məlumata görə, futbolçu artıq ölkəsini tərk edib və "Qarabağ"ın Avstriyadakı düşərgəsinə yollanıb. Yaxın günlərdə transferin rəsmiləşəcəyi gözlənilir.

 

Qeyd edək ki , Rzejniçak 2004-cü ildən "Legiya"da çıxış edir. Mərkəz müdafiəçisi Polşa millisində 8 oyuna çıxıb.

Xəbər xətti