Milli komandamızın baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib.
Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis "Bursaspor"a getməməsinin səbəbini açıqlayıb: "Azərbaycan millisi mənim dönəmimdə sıçrayış etdi. Mən işimi vicdanla görürəm. Ona görə də Türkiyəyə qorxaq kimi qaçmaq istəmədim. Dekabr ayına qədər Azərbaycan milli komandasında qalacağam".
Qeyd edək ki, 48 yaşlı çalışdırıcı 2014-cü ildən millimizin "sükanı arxası"ndadır.
saytlarin hazirlanmasi