"Qəbələ"nin yeni transferi: "Rəsmi oyunlara çıxmaq üçün səbirsiz şəkildə gözləyirəm"

11:06 - 3 İyul 2017

Əvvələr "Qəbələ"də çıxış edən şotlandiyalı qapıçı Qrem Smit və Şimali İrlandiyanın heyətində Azərbaycana qarşı oynayan Li Hocsondan Azərbaycan haqda məlumat topladım. Hər ikisi mənə gözəl ölkə olduğunu söylədi".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin yeni transferi Endi Hallidey "Daily Record" nəşrinə açıqlamasında bildirib. "Reyncers" klubundan 1 illik icarəyə götürülən yarımmüdafiəçi "Qəbələ"ni böyük klub adlandırıb:

 

"Qəbələ" böyük komandadır. Uğurlarına baxın, Avropa Liqasının qrupunda çıxış ediblər. Mən də bu komandanın bir hissəsi olmaq və Avropa futboluna yol açmaq istəyirəm. Hiss edirəm ki, burada hər şey peşəkar şəkildədir. Rəsmi oyunlara çıxmaq üçün səbirsiz şəkildə gözləyirəm. Çempionluq haqda isə danışmaq tez olardı. Amma yaxşı komandamız var".

 

Qeyd edək ki, Hallidey "Qəbələ"nin Avstriyanın “Qrodiq” klubu ilə keçirilən yoxlama matçında (7:0) debüt edib.

Xəbər xətti