“İnter”in sabiq futbolçusu Zurab Xizanişvili Gürcüstan mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi ölkəsinin U-21 yığmasında məşqçi kimi çalışacaq. Xizanişvili Gia Qequçadzenin köməkçisi olacaq.
Xizanişvili “Lelo” nəşrinə açıqlamasında “İnter”in onu komandada saxlamaq istədiyini bildirib:
“İnter”də günlərimi saymırdım. Mənimlə müqaviləni yeniləmək istəyidilər. Avropa Liqasında vəsiqəmiz rəsmiləşəndən sonra mənə müraciət etmişdilər. Ancaq mən karyeramı başa vurmaq haqda qərar verdim. Məşqçi olmaq təklifi məni cəzb etdi. Bu, böyük bir məsuliyyət tələb edir. Futbolçu karyeramı başa vurmaq isə heç də asan olmadı. Bu, çətin qərar idi. Buna peşmanam, amma hər şeyin əvvəli olduğu kimi sonu da var. Heç bir böyük turnirin qalibi olmadığım üçün də məyusam. “Arsenal”a transferim isə son anda baş tutmamışdı. Bu 3 amilə görə təəssüf hissi keçirirəm”.
Qeyd edək ki, 35 yaşlı sabiq oyunçu 2015-ci ildən "İnter"də çıxış edirdi. Gürcüstan millisinin sabiq üzvü "Dinamo" (Tiblisi), "Dandi", "Reyncers", "Bləkbörn", "Nyukasl", "Ridinq" və "Kayserispor" kimi klublarda oynayıb.
saytlarin hazirlanmasi