Azərbaycanlı futbolçunun "Manisaspor"a keçidi baş tutmadı, Ukraynaya yollandı

16:18 - 6 İyul 2017

U-21 millimizin sabiq futbolçusu Ruslan Tağızadənin Türkiyə I Liqasında mübarizə aparan "Manisaspor" klubuna keçidi baş tutmayıb.

 

Sportal.az xəbər verir ki, bu barədə saytımıza 23 yaşlı müdafiəçinin özü məlumat verib:

 

"Manisaspor"a keçidim baş tutmadı. Baş məşqçi Sait Qarafırtınalar bildirdi ki, bizdə legioner limiti aşır və sən də bizə qoşulsan, əcnəbilərin sayı çox olacaq. Əvvəllər azərbaycanlı oyunçular legioner sayılmırdı, indi isə bu, belə deyil. Legioner hesab edildiyim üçün "Manisaspor"a keçə bilmədim, çünki komandada legioner oyunçu limiti dolub".

 

Tağızadə Ukraynaya yollandığını sözlərinə əlavə edib. O Donetskin “Olimpik” klubunun düşərgəsində olduğunu və müqavilə imzalaya biləcəyini bildirib.

 

Qeyd edək ki, Tağızadənin son klubu “Səbail” olub. 

Xəbər xətti