Bakının “İnter” klubu ev oyunlarını “İnter Arena”da keçirməyəcək.
Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “İnter” – “Mladost” oyunundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. O, “İnter”in ev oyunlarını “Dalğa Arena”da keçicərəyini vurğulayıb:
“Sözün düzü, məsələ ilə bağlı geniş qeydim yoxdur. Bu, bizim üçün də sürpriz oldu. Amma əsas odur ki, çıxış yolu tapdıq. “İnter” ev oyunlarını “Dalğa Arena”da keçirəcək. Uşaq komandaları isə çox güman ki, Bakı Olimpiya Stadionunun məşq meydançalarında məskunlaşacaq. Ümumiyyətlə, “İnter”in uşaq komandalarını saxlamaq üçün kifayət qədər yerimiz var”.
saytlarin hazirlanmasi