“Qəbələ”nin yeni transferi Deyv Bultuis açıqlama verib.
Sportal.az xəbər verir ki, hollandiyalı müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında “Qəbələ”ni seçməsinin səbəblərindən də danışıb:
“Nürnberq” artıq 4-cü ildir ki, II Bundesliqada çıxış edir. Bizi hər həftə 30 min azarkeş dəstəkləyirdi. Orada yaxşı günlər keçirdim. Ancaq mən gələcək karyeramı düşünərək klubdan ayrıldım. Kareyramda yeni macəra yaşamaq istəyirəm. “Qəbələ” Avropa Liqasında çıxış edəcək. Mən bu trunirdə uzun müddətdir oynamıram. Üstəlik, “Qəbələ”nin maliyyə şərtləri də çox cəlbedici idi. Bu, açıq-aydın görünür. İndi karyeramın elə vaxtındayam ki, maliyyə haqda da düşünməliyəm. Bir neçə təklifim var idi, amma mən “Qəbələ”yə keçdim”.
1990-cı il iyunun 28-də Hollandiyada anadan olan futbolçu DCG, “Purmersteyn”, “Volendam” və “Utrext”in yeniyetmə komandalarında çıxış edib. Müdafiəçi peşəkar karyerasına da Utrextin eyniadlı təmsilçisində başlayıb. Həm sol cinahda, həm də mərkəzdə çıxış edən Bultuis 2010-2014-cü illərdə “Utrext”in şərəfini qoruyub. 2014-cü ildə Almaniyaya yollanan hollandiyalı son 3 mövsümü “Nürnberq”in heyətində keçirib.
saytlarin hazirlanmasi