Azərbaycan milli komandasının sabiq üzvü, vaxtilə ölkə futbolunun perspektivlərindən sayılan Vaqif Cavadovun karyerasında son illər durğunluqdur. Cavadov “İnter”dən ayrıldıqdan sonra özünə gələ bilmir ki bilmir.
Vəziyyət o həddə çatıb ki, vaxtilə ölkədə adından söz etdirən, “Tvente” kimi kluba transfer olunan oyunçunu indi yerli klublar baxışa dəvət edirlər.
Sportal.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının debütantı “Səbail” Cavadovu baxışa çağırıb. Amma məşhur soyad bu təklifdən imtina edib (Futbol11.az).
saytlarin hazirlanmasi