"Səbail" heyətinə daha bir futbolçu cəlb edib.
Sportal.az xəbər verir ki, Maudo Lamine Jarue yeni mövsümdən paytaxt təmsilçisində çıxış edəcək. Klubdan verilən məlumata görə, 19 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.
Qvineya bisaulu futbolçu son mövsümü Portuqaliyanın 1-ci liqa komandası "Jil Visente"də keçirib. İki ay sonra 20 yaşını qeyd edəcək futbolçu məhz bu klubun yetirməsidi. O, peşəkar karyerasında debüt matçını da 2016-cı ilin 6 avqustunda bu komandanın heyətində "Varzim"ə qarşı keçirib.
Bu gün Bakıya gələrək müqaviləyə qol çəkən Maudo Türkiyə toplanışına komanda ilə birlikdə yollanacaq.
saytlarin hazirlanmasi