Millimizin sabiq üzvü Gürcüstan klubunda

19:25 - 10 İyul 2017

Azərbaycanlı futbolçu Nurlan Quluzadə karyerasını ölkə xaricində davam etdirə bilər.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, gənc qapıçı Gürcüstan çempionatında çıxış etməyə yaxındı. Belə ki, 19 yaşlı "əlcək sahibi" qonşu ölkənin I Divizionunda çıxış edən Sxinvali "Spartak"ında baxışdadı. İstedadlı qolkiper məşqçilər korpusunun etimadını doğrultsa, onunla rəsmi müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Nurlan Quluzadə "Neftçi"nin yetirməsidi. O, 17 və 19 yaşlılardan ibarət milli komandalarımızda da çıxış edib. Gənc qapıçının son klubu isə yeni mövsümdən etibarən Premyer Liqada mübarizə aparacaq "Səbail"olub.

Xəbər xətti