Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə Azərbaycan çempionu “Qarabağ” da mübarizəyə qoşulub. Ardıcıl 4-cü dəfədir ölkəmizi bu turnirdə təmsil edən Ağdam təmsilçisi Bakıda Gürcüstanın “Samtredia” klubunu qəbul edib.
Qarşılaşma Qurban Qurbanovun komandasının böyükhesablı qələbəsi ilə başa çatıb - 5:0. Təmsilçimizin heyətində Əfran İsmayılov və Dini Ndlovu (2), Donald Geryyer və Miçel Madera fərqləniblər.
Komandalar arasındakı cavab oyunu 1 həftə sonra Tbilisidə keçiriləcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
“Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) - 5:0
Qollar: Əfran İsmayılov, 10 (p), Dino Ndlovu, 37, 45+1 (p), Donald Gerryer, 83, Miçel Madera, 90+2
saytlarin hazirlanmasi