Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, günün yeganə qarşılaşması Bakıda oynanılıb. “İnter” Lüksemburq təmsilçisi “Fola” ilə qarşılaşıb. Görüş təmsilçimizin minimal hesabı qələbəsi ilə başa çatıb..
UEFA Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun
12 iyul
20:00. “İnter” (Azərbaycan) - “Fola” (Lüksemburq) 1:0
Qol: Mirhüseyin Seyidov, 89
Baş hakim: Eytan Şmuelevits
Baş hakimin köməkçiləri: Saqi Mazember, Nissan Davidu
Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
Bakı. “Dalğa Arena”