Bu gün cari mövsüm ölkəmizi avrokuboklarda təmsil edən “Qəbələ” də mübarizəyə qoşulub.
Sportal.az xəbər verir ki, Roman Qriqoruçukun komandası UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu Bakıda keçirib. Son 2 ildə Avroliqanın qrup mərhələsində çıxış edən “Qırmızı-qaralar”ı Bakıda Polşa “Yagelloniya”sı ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib - 1:1.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun
13 iyul
21:00. “Qəbələ” (Azərbaycan) - “Yagelloniya” (Polşa) 1:1
Qollar: Stivn Jozef-Monroz, 47 - Taras Romançuk, 15
Baş hakim: Marco Fritz
Baş hakimin köməkçiləri: Holger Gunter Henschel, Marcel Pelgrim
Dördüncü hakim: Guido Vinkmann (hamısı Almaniya)
Bakı. “Bakcell Arena”