Türkiyənin Kartepe qəsəbəsində təlim-məşq toplanışında olan "Səbail" çalışmalarını davam etdirir.
Sportal.az xəbər verir ki, Bakı təmsilçisi bu gün qardaş ölkədə hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirəcək.
Samir Əliyevin yetirmələri Omanın U-23 yığması ilə üz-üzə gələcək. Matç yerli vaxtla saat 16:30-da "Green Park Resort Kartepe" hotelinin meydançasında start götürəcək.