Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Sportal.az xəbər verir ki, tədbir Bakı vaxtilə saat 14:00-da İsveçrənin Nyon şəhərində baş tutub. Püşkatmada təmsilçimiz "Qarabağ"ın da potensial rəqibi müəyyənləşib.
Ağdam klubu "Samtredia" səddini keçsə,"Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında ilk oyun Bakıda baş tutacaq.
İlk matç "Şerif"in 1- 0 hesablı qələbəsiylə yekunlaşıb.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 25-26 iyul, cavab matçları isə 1-2 avqustda keçiriləcək.
saytlarin hazirlanmasi