Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb
Püşkatmada Azərbaycan klublarının da mümkün rəqibləri bəlli olub. Avropa Liqasında çıxış edən “Qəbələ”, “İnter” və “Zirə”nin növbəti rəqibinin kimliyini bilinib.
“Qəbələ” – “Yagelloniya” cütünün qalibi “Panatinaikos”la (Yunanıstan) ilə üz-üzə gələcək. Təmsilçimiz mərhələ keçsə, ilk oyun Afinada baş tutacaq.
“Astra” - “Zirə” qarşılaşmasında güclü olan komanda isə “Aleksandriya” (Ukrayna) ilə münasibətlərinə aydınlıq gətirəcək. Qəsəbə klubu bu səddi adlasa, ilk matçı evdə oynayacaq.
“İnter” – “Fola” cütündə mərhələ adlayacaq klub isə “Ostersun” (İsveç) - “Qalatasaray” (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq. Bakılıların yer aldığı cütün qalibi ilk qarşılaşmanı səfərdə keçirəcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 3-də keçiriləcək.