UEFA Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.
Sportal.az xəbər verir ki, son 2 ildə qrup mərhələsində yarışan “Qəbələ”ni səfərdə çətin oyun gözləyir. Roman Qriqorçukun komandası Polşada “Yagelloniya”nın qonağı olacaq. Bakıda keçirilən ilk görüşdə 1:1 hesabı qeydə alınıb.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunu
20 iyul
22:30. "Yagelloniya" (Polşa) - "Qəbələ" (Azərbaycan) 0 - 2 (İkinci hissə)
Qol: İlqar Qurbanov, 18, Filip Ozobiç, 89
Baş hakim: Konstasntin Sebastian Koltesku
Yan xətt hakimləri: Radu Adrian Stefan Qinquleaç, Vladimir Urzika
Dördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)
UEFA nümayəndəsi: Yan Pol Mievis (Belçika)
Hakim-inspektor: Qoran Mixayleviç (Monteneqro)
İlk oyun: 1 - 1