Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.
Sportal.az xəbər verir ki, turnirdə mübarizə aparan təmsilçilərimizdən ilk olaraq “Zirə” meydana çıxıb. Ayxan Abbasovun komandası “Dalğa Arena”da “Astra”nı sınağa çəkib. İlk matçda 1:3 hesablı məğlubiyyət alan paytaxt klubu rəqibin müqavimətini qıra bilməyib - 0:0. Bununla da "Zirə" Avropa Liqasında mübarizəni II təsnifat mərhələsində başa vurub.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunu
20 iyul
21:00. "Zirə" - "Astra" 0:0
Hakimlər: Giorgo Vadaçkoria
Yan xətt hakimləri: Zaza Menteşaşvili, Giorgi Elikaşvili
Dördüncü hakim: Qoqa Kikaçeişvili (hamısı Gürcüstan)
UEFA nümayəndəsi: Kadro Kaldoya (Estoniya)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
İlk oyun: 1 - 3