“Qarabağ”ın fan şopunun rəsmi açılışı olub.
Sportal.az xəbər verir ki, “Park Bulvar AVM”in 2-ci mərtəbəsində yerləşən rəsmi mağazanın açılışında klubun ispaniyalı legioneri Dani Kintana da iştirak edib. Yarımmüdafiəçi mərasimdə jurnalistlərin suallarını cavablandırıb:
- Uzun müddətdir oynamırsız. Zədəniz nə yerdədir?
- Komanda ilə məşqlərə başlamışam. 2-3 həftəyə tam hazır olacağımı düşünürəm. Təbii ki, baş məşqçimiz Qurban Qurbanovun da qərarından çox şey aslı olacaq.
- “Şerif”lə cavab matçında sizi meydanda görə biləcəyik?
- İlk oyunda oynamaycağım dəqiqdir. Cavab matçında ola bilsin ki, oynayım. Amma bu da çox da inandırıcı görünmür. Çünki məşqlərə təzə start vermişəm.
- Özünüzü necə hiss edirsiniz?
- Hər şey yaxşıdır. Özümü yaxşı hiss edirəm. 6 ay idi ki, futbolsuz idim. Artıq həkimlər oynamağıma icazə veriblər. Problem qalmayıb.
- “Şerif”lə matçlar barədə nə düşünürsüz?
- “Şerif”in oyunları izləyirik. Rəqibimiz gücülüdür, amma keçmək şansımız var. Ancaq qıraqdan göründüyü kimi asan gəlməsin.
saytlarin hazirlanmasi