Türkiyənin Kartəpə bölgəsində təlim-məşq toplanışında olan "Səbail" bu gün növbəti yoxlama oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Samir Əliyevin komandası Özbəkistan təmsilçisi "Paxtakor"la qarşılaşacaq. "Green Park Resort Kartepe" hotelinin meydançasında keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Qeyd edək ki, yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Səbail” ilk yoxlama oyununda Omanın U-23 yığması ilə qolsuz heç-heçə edib, Ərəbistanının "Əl-İttifaq" komandasına 1:4 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi