Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da mərhələnin ilk oyununa çıxıb. Ağdam təmsilçisi öz meydanında Moldovanın “Şerif” klubunu qəbul edib. Qarşılaşmada hesab açılmayıb - 0:0.
Xatırladaq ki, “Qarabağ” 2-ci təsnifat mərhələsində “Samtredia”nı (Gürcüstan), “Şerif” isə Albaniyanın “Kukesi” klubunu mübarizədən kənarlaşdırıb.
25 iyul
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun
21:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) 0:0
Baş hakim: Sergey Sinkeviç
Yan xətt hakimləri: Vitali Malyutin, Yevgeni Romanov
Dördüncü hakim: Viktor Şimsuk (hamısı Belarus)
UEFA nümayəndəsi: Kuaniş Kanapyanov (Qazaxıstan)
Hakim-inspektor: İçko Lotsev (Bolqarıstan)
Bakı.Tofiq Bəhramov adına Respublika Stadionu