Azərbaycan Premyer Liqasının debütantı “Səbail”in Türkiyə toplanışı davam edir.
Sportal.az xəbər verir ki, Samir Əliyevin komandası hazırlıq çərçivəsində bu gün növbəti yoxlama matçını keçirib.
Paytaxt təmsilçisi Özbəkistanın “Paxtakor” klubu ilə üz-üzə gəlib. Qarşılaşma məşhur gürcüstanlı mütəxəssis Şota Arvaladzenin rəhbərlik etdiyi kollektivin qələbəsi ilə başa çatıb – 4:1.
Qeyd edək ki, “Səbail” ilk yoxlama oyununda Omanın U-23 yığması ilə qolsuz heç-heçə edib, Ərəbistanının "Əl-İttifaq" komandasına 1:4 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi