"Şerif"in baş məşqçisi: "Cinahları bağlayıb rəqibin işini çətinəşdirməyə çalışdıq" MÜSAHİBƏ

23:07 - 25 İyul 2017

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində doğma meydanda Moldovanın "Şerif" klubunu qəbul edib.

 

Sportal.az xəbər verir ki, 0 - 0 hesablı bərabərliklə başa çatan matçdan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırıb:

 

- Çox çətin oyun oldu. İlk hissədə yaxşı oyun oynadıq. İkinci hissədə isə çətinlik çəkdik. Çünki rəqib çox hücum edirdi. Buna görə də öz qapımıza qapanmalı olduq. Dünən də çətin olacağını demişdim. Azarkeşlərin təzyiqi oyunu bizim üçün daha çətin etdi. Amma biz bundan da yaxşı oynaya bilirik.

 

- "Şerif" bu gün göstərdiyi oyunla "Qarabağ"ın oynamasını çətinləşdirdi. Yersiz foullar, vaxt aparmaqla rəqibə oynamaq imkanı vermirdi. Bu oyunla hansı nəticəyə ümid edirsiz?
- Dünən də demişdim ki, "Qarabağ" topla yaxşı oynayır. Buna görə də cinahları bağlayıb rəqibin işini çətinəşdirməyə çalışdıq. Səfərdə oynayırdıq. Buna görə də əks hücumlara bel bağladıq.

 

- Dediniz ki, oyunu əks hücumda qurmuşduq. Amma qapıya zərbələriniz olmadı. Bunu nə ilə izah edirsiz?
- Yəqin ki, siz oyuna yaxşı baxmamısız. "Qarabağ" üçün də çətin anlar yaşandı. Biz ikinci hissədə hücum edə bilməzdik. Çünki rəqib təzyiqi artırmışdı. Biz belə oynamağa məcbur olduq.


- Hansı komponentlərdə yetirmələrinizdən narazı qaldız?
- Hücumçumuz irəlidə tək qalmışdı. Digər futbolçular ona kömək etmirdilər. Bunun da səbəbi var idi və mən özüm o səbəbləri yaxşı bilirəm.

Xəbər xətti