"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində doğma meydanda Moldovanın "Şerif" klubunu qəbul edib.
Sportal.az xəbər verir ki, 0-0 hesablı bərabərliklə başa çatan matçdan sonra Ağdam təmsilçisinin müdafiəçisi Maksim Medvedev jurnalistlərin suallarını cavablandırıb:
- Oyunun sonlarında Migel Markos Madera ilə mübahisə etdin. Nə baş vermişdi?
- Adi futbol epizodu idi. Oyunun sonları idi, qələbə qazanmaq istəyirdik və cüzi gərginlik var idi. Topu ona ötürməyimi itəsə də, mən daha yaxşı mövqedə olan Donald Gerye ilə oynadım. Belə olan halda anlaşılmazlıq yarandı.
- Qurban Qurbanov nəsə demədi?
- Xeyr, bu adi hallardı.
- Oyun necə keçdi?
- Rəqib “Samtredia” deyil, daha usta komandadır. Meydanda nə etmək lazım olduqlarını bilirlər, təcrübələri var. Çalışacağıq ki, səfərdə başqa cür oyanayaq. Artıq onları tanıyırıq.
- Hansı cəhətləri təhlükəlidir?
- 5 müdafiəçi ilə oynadılar. İnanıram ki, cavab matçında fərqli oyanayarlar. Ola bilər ki, cavab qarşılaşmasında epizodlarımız çox olsun. Çalışacağıq ki, müdafiədə sağlam oynayaq və hücum xəttimiz də yaxşı çıxış etsin.
- “Qarabağ”ın oyununda da problemlər var. Xüsusən də hücumda. Siz belə düşünmürsünüz?
- Futboldu, olur. “Samtredia” 4 müdafiəçi ilə oynayırdı. Amma “Şerif” başqa taktikada çıxış etdi. Həm də, Moldova komandası daha usta komandadır. Yaxşı mövqe seçirdilər, asmalar edəndə topu uzaqlaşdırırdılar. Həmin anda problemlər yaranırdı.