"Qarabağ"ın transfer hədəfində olan futbolçunun agentindən AÇIQLAMA

12:39 - 26 İyul 2017

Çempionlar Liqasında mübarizəni davam etdirən "Qarabağ" transfer fəaliyyətini davam etdirir.
 
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin transfer hədəfində olan İtaliyanın "Palermo" klubunun futbolçusu Karluş Embalu sicilyalılardan ayrılmayacağı gözlənilir. Bu barədə 22 yaşlı hücumameyilli futbolçunun agenti Cüzeppe Akkardi məlumat verib:

 

"Transfer bazarında sona qədər gözləmək lazımdır. Embalu "Palermo"da qalmaq istəyir. Hətta o, buna görə ötən il Çempionlar Liqası kimi turnirdə çıxış edən komandada oynamaqdan imtina etmişdi. Bu barədə son qərarı rəhbərlik verəcək. Belə görünür ki, o, "Palermo"da qalacaq. Karluşun bu komandada xoşbəxt olduğunu vurğalamalıyam. Deyərdim ki, Embalu öz xoşbəxtliyini burada görür".

 
Qeyd edək ki, qvineya-bissaulu futbolçu ötən mövsüm A Seriyasında 12 oyunda forma geyinib. "Palermo" isə B Seriyasına düşüb.

Xəbər xətti