Azərbaycan Premyer Liqası: Yeni mövsümün püşkü nə vaxt atılacaq?

12:50 - 31 İyul 2017

Azərbaycan Premyer Liqasında 2017-18 mövsümünün püşkatmasının tarixi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, püşkatma mərasimi avqustun 2-də keçiriləcək. AFFA-nın inzibati binasında reallaşacaq tədbir saat 12:00-da start götürəcək.
 
Qeyd edək ki, ölkə çempionatının yeni mövsümündə 8 komanda iştirak edəcək. Bunlar “Qarabağ”, “Qəbələ”, “İnter”, “Zirə”, “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və “Səbail”di.

Xəbər xətti