Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun gününün yeganə qarşılaşmasında Azərbaycan çempionu "Qarabağ" səfərdə Moldovanın “Şerif” klubu ilə qarşılıb. Ağdam klubu meydan sahiblərini 2:1 hesabı ilə məğlub edib və ÇL-nin "play-off" mərhələsinə yüksəlib. Təmsilçimiz minimum Avropa Liqasının qrup mərhələsini təmin edib.
Qeyd edək ki, “Qarabağ” mərhələ keçməklə Azərbaycan futbolunda yeni tarix yazıb. Çünki indiyədək heç bir klubumuz Çempionlar Liqasının pley-off mərhələsinə yüksələ bilməmişdi. Qurban Qurbanovun komandası isə son üç mövsümdə “Zalsburq”, “Seltik” və “Viktoriya” səddində ilişmişdi.
1 avqust
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
21:00. “Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan) - 1:2
Qol: Badibanqa, 90 - Dino Ndlovu, 45, Miçel, 86
İlk oyun – 0:0
Baş hakim: Roy Reynşreyber
Yan xətt hakimləri: Amihay Yehoşua Mozes, Dan Uçeniç
Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
Tiraspol. “Şerif” stadionu