Bu gün Azərbaycan Premyer Liqasında 2017-18 mövsümünün püşkatması olacaq.
Sportal.az xəbər verir ki, AFFA-nın inzibati binasında keçiriləcək tədbir saat 12:00-da başlayacaq. Püşkatmada ilk turda qarşılaşacaq rəqiblər və növbəti turların cədvəli bəlli olacaq.
Mərasim "CBC Sport" kanalında canlı yayımlanacaq.
Qeyd edək ki, ölkə çempionatının yeni mövsümündə 8 komanda iştirak edəcək. Bunlar “Qarabağ”, “Qəbələ”, “İnter”, “Zirə”, “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və “Səbail”dir.