Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin oyunlarına yekun vurulacaq.
Sportal.az xəbər verir ki, turnirdəki yeganə təmsilçimiz “Qəbələ” 2 il əvvəl pley-offda mübarizədən kənarlaşdırdığı “Panatinaikos”la üz-üzə gəlib. Təmsilçimiz 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
UEFA Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
3 avqust
21:00. “Qəbələ” (Azərbaycan) - “Panatinaikos” (Yunanıstan) 1 - 2
Qollar: Rodriqo Moledo, 52 (avtoqol) - Robin Lod, 63, Brayan Kabezas, 66
İlk oyun - 0:1
Baş hakim: Kreyq Pauson
Yan xətt hakimləri: Li Betts, Adam Nunn
Dördüncü hakim: Kevin Friend (hamısı İngiltərə)
Bakı. “Bakcell Arena” stadionu