Yeni mövsümün hazırlıqlarını davam etdirən "Səbail" növbəti hazırlıq matçında qüvvəsini sınayıb.
Sportal.az xəbər verir ki, Samir Əliyevin yetirmələri I Divizion təmsilçisi "Şüvəlan"lə üz-üzə gəlib. "Dalğa Arena"da baş tutan qarşılaşma Premyer Liqa klubunun 5:0 hesablı qələbəsiylə başa çatıb.
"Səbail"in qollarından ikisini Vüqar Nadirov, digərlərini isə Elman Taqayev, Raul Yaqubzadə və baxışda olan braziliyalı hücumçu Renan Telles vurub.
saytlarin hazirlanmasi