“Mən nəyisə sübut etməyə çalışmıram. Ötən mövsüm də çempionatda özümü göstərdim, bacardığımın ən yaxşısını etməyə çalışdım”.
Sportal.az xəbər verir ki, bu sözləri Bakının “İnter” klubunun hücumçusu Rauf Əliyev deyib. Hücumçu ötən mövsümün bombardiri olsa da, millimizin baş məşqçisi Robert Prosineçkinin diqqətini cəlb edə bilmir. Forvard saytımıza verdiyi açıqlamada növbəti oyunlarda özünü yaxşı tərəfdən göstərməyə çalışacağını deyib: “Belə deyək, milliyə dəvət alanlar “Barselona” və “Real”dan gəlməyiblər. Onlar hamısı öz uşaqlarımızdı, dostlarımızdı. Növbəti oyunlarda özümü göstərməyə və milliyə dəvət almağa çalışacağam. Yekun qərarı isə baş məşqçimiz verəcək”.
Rauf hazırda bütün diqqətini klub karyerasına yönəltdiyini bildirib: “Bu dəqiqə əsas fikrimi klub karyerama yönəltmişəm. Hələ də “İnter”in taleyinin necə olacağını bilmirik. Ola bilər ki, “İnter”də davam edim, ola bilsin ki, ayrılım. Qışa qədər “İnter”də qalacağımı deyə bilmərəm. Elə indi də klubu tərk edə bilərəm. Çünki son günlərdə “İnter”in taleyi ilə bağlı söz-söhbətlər çoxalıb. Ölkə xaricindən də təklif almışam. Amma çox böyük ehtimalla ölkə klublarından birinə keçəcəyəm”.
saytlarin hazirlanmasi