Azərbaycan Premyer Liqasının debütantı olan "Səbail" klubunda mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib.
Sportal.az xəbər verir ki, klubdan Sport24.az-a verilən məlumata görə, bu, Törə Əhmədova olub. Xanım həmkarımız uzun müddətdir AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində baş mütəxəssis kimi çalışır.
Əhmədova "Səbail"də həmin postda AFFA-dakı həmkarı Firuz Abdullanı əvəzləyib. F.Abdulla kubda Müşahidə Şurasına yeni üzv seçilib.
Əhmədova futbol tariximizə düşüb. Belə ki, o, Azərbaycanda futbol klubunda ilk xanım mətbuat katibi olub.
saytlarin hazirlanmasi