İngiltərə Premyer Liqasında 18-ci turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, "Liverpul" səfərdə "Bornmut"a 4:0 hesabı ilə qalib gəlib.
Premyer Liqanın turnir cədvəlinə 52 xalla "Mançester Siti" başçılıq edir. 41 xalı olan "Mançester Yunayted" 2-ci yerdə qərarlaşıb. "Çelsi" 38 xalla 3-cüdür. Qələbə sayəsində 34-cü xalını qazanan "Liverpul" 4-cü pilləyə yüksəlib. "Bornmut" isə 16 xalla 16-cı yerin sahibidir.
“Bornmut” – “Liverpul” - 0:4
Qollar: Koutinyo, 20, Lovren, 26, Salah, 44, Firmino, 66
saytlarin hazirlanmasi