"Mançester Siti" 2019-cu ildə müqaviləsi başa çatacaq baş məşqçisi Pep Qvardiolaya yeni sözləşmə təklif edib.
Sportal.az xəbər verir ki, "şəhərlilər" mütəxəssislə uzunmüddətli müqavilə bağlamaq istəyir. Klub rəhbərliyi komandada əzəli rəqibi - "Mançester Yunayted"in Ser Aleks Ferqusonun modulunu tətbiq etmək niyyətindədir. Yeni müqaviləyə əsasən, Qvardiola illik 20 milyon funt sterlinq qazanacaq.
Qeyd edək ki, 46 yaşlı çalışdırıcı ötən ildən "Mançester Siti"nin "sükanı arxası"ndadır.
saytlarin hazirlanmasi