Bildiyiniz kimi, yeni rəhbərliyin gəlişindən sonra "Neftçi"də büdcəyə və maaşlara yenidən baxıldı. Hətta klub prezidenti Kamran Quliyev özü demişdi ki, heç kim layiq olduğundan artıq maaş almayacaq. Məhz bundan sonra bütün futbolçuların maaşında azalma oldu.
Sportal.az xəbər verir ki, cari mövsümə uğurlu startdan sonra futbolçular maaşlarının artırılmasını tələb etməyə başlayıb.
Onlar nəticələri və qarşıya qoyulan çempionluq hədəfini əsas gətirərək, maaşlarının artırılmasını tələb edirlər.
Mənbə: Rekord.az
saytlarin hazirlanmasi