Vedat Muriçi: "Azərbaycandan qopartdığımız xal bizim üçün dəyərlidi" MÜSAHİBƏ

00:00 - 8 Sentyabr 2018

Kosovo yığması UEFA Millətlər Liqasının D Liqasının III qrupunun ilk turunda səfərdə millimizlə qarşılaşıb və 0:0 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra kosovoluların hücumçusu Vedat Muriçi fikirlərini bildirib. Türkiyənin "Rizəspor" klubunda çıxış edən 24 yaşlı forvard öncə oyun barədə danışıb:

 

- Bizim üçün çətin keçdi. Azərbaycanın favorit olduğunu bilirdik. Yaxşı mübarizə apardıq. Azərbaycandan qopartdığımız bir xal bizim üçün dəyərlidir. 3 gün sonra evdə Farer adaları ilə oyunumuz var. Bu bir xalı qiyməti etmək üçün doğma meydanımızda qalib gəlməliyik.

 

- 1 xala razı kimi görünürsüz.

- Biz istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Azərbaycan da yaxşı komandadır. Bir xal bizim üçün yaxşıdır. İnşallah, Farer adalarına evdə qalib gələrik.

 

- Gözlədiyiniz Azərbaycan komandasını meydanda gördünüz?

- Gözlədiyimiz komandanı gördük. Rəqibimizi kimsə kiçiltməyib. Analizlər etmişdik, ona görə də deyirəm ki, bu bir xal çox dəyərlidir.

 

- Cavab matçında Azərbaycanı məğlub edə bilərsiz?

- O zamana qədər yaxşı çalışsaq, niyə də olmasın?! Biz doğma divarlar arasında oynayacağıq. Azarkeşlərimizin güclü dəstəyi olacaq. Bu dəstək çox önəmlidir. Orada yəqin fərqli çıxış edəcəyik.

 

- Burada əldə edilən bir xal Kosovonu favorit etdimi?

- Təqvimə baxsaq, elə görünə bilər. Son matçımız Azərbaycanla oynayacağıq. Farer adaları və Malta ilə matçlarda maksimum nəticə ilə ayrılsaq, belə qənaətə gəlmək olar. Azərbaycanla cavab matçında əlimizdən gələni edəcəyik.

 

- Millimizdən hansı futbolçu daha təhlükəli idi?

- Meydanda bunu hiss etmək bəzən çətin olur. Meydandan kənarda bunu rahat görmək olur. Amma Kamran Ağayevlə Türkiyədə "Girəsunspor"un şərəfini qoruduğum vaxtlarda bir neçə dəfə üz-üzə gəlmişəm. Kamranı ordan tanıyırdım.

 

- Hər iki komanda ilk oyunda bir-birindən çəkindi.

- İlk matç belə olur. Nəyin gözlədiyini bilmirdik. Bir xal yaxşı nəticə sayılmalıdır.

Xəbər xətti