"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının yeri rəsmən dəyişdirilib.
Sportal.az xəbər verir ki, UEFA Ağdam təmsilçisinin ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirməsi ilə bağlı müraciətini müsbət cavablandırıb.
"Qarabağ" Avropa Liqasında İngiltərənin "Arsenal", Portuqaliyanın "Sportinq" və Ukraynanın "Vorskla" klubları ilə mübarizə aparacaq. Azərbaycan çempionu oktyabrın 4-də "Arsenal"ı, 25-də "Vorskla"nı, noyabrın 29-da "Sportinq"i qəbul edəcək.
Xatırladaq ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
saytlarin hazirlanmasi