Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sabah” və “Keşlə” klubları bu gün yoxlama görüşündə üz-üzə gəliblər.
Sportal.az xəbər verir ki, sözügedən komandalar Bakı Olimpiya Stadionunun 1-ci meydançasında üz-üzə gəliblər.
Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
Xatırladaq ki, “Keşlə" fasilə müddətində daha öncə "Bayıl Arena"da "Səbail"i 2:1 hesabıyla məğlub etmişdisə, "Sabah" "Əlincə Arena"da "Sumqayıt"a bu hesabla uduzmuşdu.
saytlarin hazirlanmasi