Topaz Premyer Liqasının 4-cü turunda keçiriləcək "Səbail" - "Zirə" matçının vaxtı açıqlanıb.
Sportal.az xəbər verir ki, sözügedən oyun sentyabrın 15-i saat 20:30-da keçiriləcək. Qarşılaşma "Bayıl Arena"da baş tutacaq.
Premyer Liqanın turnir cədvəlində 3 turdan sonra "Səbail" 3 xal toplayıb. 1 oyun keçirən "Zirə" 1 xalla sonuncu yeri tutur.
saytlarin hazirlanmasi