"Səbail"dən ayrılan futbolçu "Sumqayıt" yolunda

15:17 - 12 Sentyabr 2018

"Səbail"dən ayrılan Orxan Əliyevin klubsuz günləri başa çatmaq üzrədir.

 

22 yaşlı vinqer "Sumqayıt"ın düşərgəsində məşqlərə çıxır. Onun klubla müqavilə imzalayıb-imzalamaması ilə bağlı qərar bu həftə veriləcək. Bu barədə Sportal.az-a klubun idman direktoru Zamiq Hüseynov söyləyib: "Orxanla bağlı qərar "Qarabağ"la matçdan sonra veriləcək. Hələ ki, klubumuzda məşqlər edir. Bəli, onunla müqavilə bağlamağımız mümkündür".

 

Son olaraq, “Zirə”də oynamış Əliyev “Səbail”lə müqavilə bağlasa da, zədə səbəbindən sazişinə xitam verilmişdi. 

 

Qeyd edək ki, Orxan Əliyev  “Sumqayıt”, "Xəzər Lənkəran" və "Kəpəz"də də çıxış edib.

Xəbər xətti